Bank Of Baku

Ramiz Quliyev Moskvada keçirilən konsertdə Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini ifa edib – FOTO

Ramiz Quliyev Moskvada keçirilən konsertdə Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini ifa edib – <font color=red>FOTO </font>
# 28 fevral 2011 07:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Moskva Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Dövlət Musiqi Akademiyasının böyük zalında “Qafqaz ritm və melodiyaları” adlı qala konserti keçirilib. APA-nın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilati dəstəyi ilə baş tutan həmin konsertdə N.Osirov adına Rusiya Akademik Dövlət Xalq çalğı alətləri orkestri ilə bərabər Cənubi Qafqazın dünya şöhrətli musiqi ulduzları – professor Zurab Sotkilava və Makvala Kasraşvili, Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev və İtaliyada yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Yusif Eyvazov iştirak ediblər. N. Osirov adına orkestrin baş dirijoru və bədii rəhbəri, Rusiyanın xalq artisti Vladimir Androrovun dirijorluğu ilə keçirilən konsertdə tarzən Ramiz Quliyevin ifasında görkəmli bəstəkarlar Q.Qarayev, T.Quliyev, R.Hacıyev, H.Xanməmmədov, H.Rzayevin əsərləri və Azərbaycanın klassik muğamları səslənib. Anşlaqla keçən konsertin sonunda orkestrin rəhbərliyi səhnəyə çıxaraq Ramiz Quliyevə həmin kollektivin musiqi simvolunu hədiyyə edib və yeni solo konsert proqramı ilə çıxış etmək üçün yenidən Moskvaya dəvət edib. Tarzən Ramiz Quliyev Rusiya Akademik Dövlət xalq çalğı alətləri orkestri ilə çıxış edən ilk Azərbaycan musiqiçisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR