Bank Of Baku

“Müstəqil Azərbaycanım” adlı müsabiqə-sərgi keçiriləcək

“Müstəqil Azərbaycanım” adlı müsabiqə-sərgi keçiriləcək
# 28 fevral 2011 13:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Uşaq, yeniyetmə və gənclər arasında rəsm və əl işlərindən ibarət “Müstəqil Azərbaycanım” adlı müsabiqə-sərgi keçiriləcək. Artıq müsabiqənin əsasnaməsi Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə təsdiq edilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün qeyd olunması, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, İstedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onlara dövlət qayğısının artırılmasından ibarətdir. Şərtlərinə əsasən müsabiqə rəsm işi və əl işi nominasiyalarında olmaqla iki 7-13 yaş və 14-16 yaş qrupu üzrə keçirilir. Müsbaiqəyə təqdim olunan rəsm və əl işlərinin mövzusu - ölkəmizin təbiəti, milli-mənəvi sərvətləri, tarixi və mədəni abidələri, tarixi hadisələri, xalqımızın milli adət-ənənələri ola bilər. Hər bir məktəb müsabiqənin yekun mərhələsinə cəmi səkkizə qədər rəsm və ya əl işi göndərə bilər. Digər müsabiqə və sərgilərdə iştirak etmiş işlər müsabiqənin yekun mərhələsinə buraxılmayacaq.

Rəsm və əl işləri müsabiqənin yekun mərhələsinə 10 may 2011-ci il tarixindən gec olmayaraq Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə göndərilməlidir.

Hər yaş qrupu üzrə ayrılıqda müsabiqə qaliblərinə (I yer-1 nəfər; II yer-2 nəfər; III yer-3 nəfər) və fərqlənənlərə (3 nəfər) Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dərəcələr üzrə diplomları, fəxri fərmanları, qiymətli hədiyyələri və ya pul mükafatları, habelə sərgiyə buraxılmış işlərin müəlliflərinə rəsm və əl işlərini özündə əks etdirən kataloq təqdim ediləcək. Qaliblərin mükafatlandırılması və yekun mərhələnin sərgisi 2011-ci ilin iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR