Bank Of Baku

Azərbaycan Dövlət Teatr Muzeyinin 3D formatında hazırlanmış saytının təqdimatı keçirilib - FOTO

Azərbaycan Dövlət Teatr Muzeyinin 3D formatında hazırlanmış saytının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 02 mart 2011 10:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin veb-saytının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, sayt “Musiqi dünyası” jurnalının redaksiyası tərəfindən muzeyin fondunda qorunan materiallar əsasında hazırlanıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzey sahəsi üzrə Azərbaycanda ilk dəfə olaraq 3D texnologiyası əsasında veb-saytın hazırlanmasını bu sahədə atılan mühüm addım adlandırıb. Nazir deyib ki, bu sayt Azərbaycan teatrını dünyada təbliğ etmək üçün çox gözəl vasitədir.

Muzeyin direktoru Nuridə Nurullayeva da saytın hazırlanmasını teatr sahəsində böyük hadisə kimi qiymətləndirib.

İştirakçıları saytla tanış edən “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov bildirib ki, muzeyin ekspozisiyasında nümayiş etdirilən və fondlarda qorunan eksponatların bir qisminin elektron variantı hazırlanaraq sayta yerləşdirilib. Zallar üzrə üç dildə virtual tur təşkil olunub. Muzeyin fonoteka şöbəsində qorunan nadir videoyazılar da saytda əksini tapıb. Gələcəkdə saytın mütəmadi olaraq yeni materiallarla zənginləşdirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR