Bank Of Baku

“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının foto-salnaməsi” çap olunub

“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının foto-salnaməsi” çap olunub
# 02 mart 2011 12:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Akademik Milli Dram Teatrının iki cilddən ibarət foto-salnaməsi çapdan çıxıb. Teatrın mətbuat katibi Elçin Cəfərov APA-ya verdiyi məlumatında bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının birgə layihəsi əsasında hazırlanmış “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının foto-salnaməsi” Azərbaycanda professional milli teatr sənətinin yarandığı gündən – 1873-cü ilin mart ayından 2010-cu ilədək olan zaman kəsiyini əhatə edir. Foto-salnamə iki cilddən ibarətdir. Birinci cild 1873-cü ildən 1950-ci ilə qədər, ikinci cild isə 1950-ci ildən 2010-cu ilə qədər olan dövrü əhatə edir. Kitabda tarixi sənədlər, arxiv materialları, fotoşəkillər vasitəsilə Milli Dram Teatrının fəaliyyəti canlandırılır. Foto-salnamədə görkəmli sənətkarların yaradıcılığı və teatrın fəaliyyəti ilə bağlı fotoşəkillər də öz əksini tapıb.

Layihənin rəhbəri və ön sözün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, koordinatoru mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, toplayanı və tərtib edəni sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədşah Atayev, buraxılışa məsul Əməkdar Mədəniyyət işçisi Maqbet Bünyadovdur. Foto-salnamənin üzərində Azər Mirzəyev, Mərahim Fərzəlibəyov, Şaiq Cabiroğlu, Elnur Məmmədov, Həmid Kazımzadə, Nigar İsrafilqızı və Həsənxan Mədətovdan ibarət işçi qrup çalışıb. Salnamənin tərtibçisi uzun illər Akademik Milli Dram Teatrının fəaliyyəti ilə bağlı olmuş tədqiqatçı-alim Məmmədşah Atayev teatrın inkişaf tarixi və burada çalışan sənətkarların yaradıcılığı barədə dəyərli faktiki materiallar toplayıb sistemləşdirə bilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən bu kitabın milli teatrın yaranması günü ərəfəsində təqdimat mərasiminin keçirilməsi nəzərdə planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR