Bank Of Baku

Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsi keçirilir

Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsi keçirilir
# 02 mart 2011 14:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsi keçirilir.

Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqənin açılış mərasimi martın 14-də R. Behbudov adına 2 nömrəli Uşaq Musiqi Məktəbində olacaq. Müsabiqənin qaliblərini peşəkar münsiflər heyəti müəyyənləşdirəcək. Belarus Respublikasının əməkdar artisti, Belarus Dövlət Musiqi Akademiyasının kafedra müdiri Boris Niçkovun sədrlik etdiyi münsiflər heyətinin tərkibinə respublikanın tanınmış musiqiçi və müəllimləri daxildir.

Qaliblərin adları martın 17-də açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR