Bank Of Baku

“Mən evə qayıdıram” filminin istehsalına başlanılıb – FOTO

“Mən evə qayıdıram” filminin istehsalına başlanılıb – <font color=red>FOTO </font>
# 02 mart 2011 14:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Salnamə” kinostudiyası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hərbi vətənpərvərlik mövzusunda “Mən evə qayıdıram” bədii filminin istehsalına başlayıb. Müdafiə Nazirliyinin yardımları ilə ərsəyə gələcək filmin ilk çəkilişləri artıq aparılıb. Filmin quruluşçu rejissoru Samir Kərimoğlunun APA-ya verdiyi məlumata görə, ilk çəkilişlər Qubada gerçəkləşib. Ancaq burda yaradıcı qrup təbiətin heç də xoş olmayan sürprizi ilə qarşılaşıb. Çəkilişlərin məhz qış fəslində, qarlı havada aparılması nəzərdə tutulsa da, Nügədi gölünün buz bağlaması problemə səbəb olub. Motorlu qayıqların qıra bilmədiyi buzun öhdəsindən çəkiliş qrupu özü gəlib. Nəticədə motorlu qayıqları digər sahildən, yəni 300 metrlik məsafədən iplə dartmalı olublar: “Amma buzu öz əllərimizlə qıra-qıra apardığımız çəkilişlər əziyyətimizə dəyərdi. Filmin çəkilişlərinə fevralın 26-da start verdik və bu da təsadüfi deyil. Xocalı soyqırımının 19-cu ildönümündə başladığımız film düşməni diz üstə çökdürən oğullarımızın xatirəsini əbədiləşdirəcək”.

Qeyd edək ki, “Mən evə qayıdıram” filminin quruluşçu rejissoru Samir Kərimoğlu,
ssenari müəllifi İsmayıl Səfərəliyev, icraçı prodüseri Nazim Hüseynov, direktoru Mahir İbrahimov, quruluşçu operatoru Ayxan Salar (Almaniya), quruluşçu rəssam Əziz Məmmədovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR