Bank Of Baku

“Azersun Holding” “Azərbaycan Bəstəkarlarının Antologiyası”nı təqdim edib

“Azersun Holding” “Azərbaycan Bəstəkarlarının Antologiyası”nı təqdim edib
# 03 mart 2011 12:51 (UTC +04:00)
Bakı - APA. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Azərbaycan Bəstəkarlarının Antologiyası”nın təqdimat mərasimini keçirilib.
APA-nın xəbərinə görə, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın rəhbərlik etdiyi layihə Azərbaycanın milli musiqi mədəniyyətinə hər zaman hörmətlə yanaşan “Azersun Holding” tərəfindən dəstəklənib.
Dahi bəstəkar Üzeyir Hacıbəyovun əbədi xatirəsinə həsr olunan layihənin təqdimat mərasiminə Azərbaycanın tanınmış mədəniyyət xadimləri və ictimai qurumların nümayəndələri, tanınmış bəstəkarlar, sənət adamları, eləcə də musiqisevərlər dəvət olunub.
Qeyd edək ki, “Azərbaycan Bəstəkarlarının Antologiyası” 15 diskdən ibarət olub, 140-dan çox Azərbaycan bəstəkarlarının yaradıcılığını əhatə edən bir layihədir. Həm Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin, həm həvəskar bəstəkarların, həm də müxtəlif müsabiqələrdə yer almış tələbə bəstəkarların əsərləri bu diskdə öz əksini tapıb. Azərbaycan musiqi klassiklərinin piano üçün yazılmış əsərləri layihədə demək olar ki, külliyyat şəklində yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR