Bank Of Baku

Türkiyənin Diclə Universitetinin Dövlət Konservatoriyası ilə Bakı Rəssamlıq Akademiyası və Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında protokol imzalanıb - FOTOSESSİYA

Türkiyənin Diclə Universitetinin Dövlət Konservatoriyası ilə Bakı Rəssamlıq Akademiyası və Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında protokol imzalanıb - <font color=red>FOTOSESSİYA</font>
# 04 mart 2011 15:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda səfərdə olan Türkiyənin Diclə Universiteti Dövlət Konservatoriyasının rektoru, Diclə Universiteti Ziya Gökalp Eyitim (təhsil) fakültəsinin dekanı, professor Sait Yücəl Bakı Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüşüb. APA-nın xəbərinə görə, görüşdə hər iki rektor öz təhsil ocaqları haqqında geniş məlumatlar verib, tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda qarşılıqlı əməkdaşlıq sahəsində protokol imzalanıb. Azərbaycanın xalq rəssamı və bir çox heykəlin müəllifi Ömər Eldarov qonağa Türkiyədə işıq üzü görmüş kitabını, Sait Yücəl isə təmsil etdiyi təhsil ocağının diskini və bukletini hədiyyə edib. Sonra akademiyanın prorektoru, xalq rəssamı Səlhab Məmmədov qonağı Rəssamlıq Akademiyası və təhsil ocağının müəllim heyəti ilə tanış edib.

S. Yücəl daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına (BMA) gedib. Burada o, BMA prorektoru Yeganə Axundova ilə əməkdaşlıq haqqında protokol imzalayıb.

S. Yücəl Azərbaycanda səfərdə olduğu müddətdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva və Bakı Dövlət Universitetinin Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova ilə də görüşlər keçirib.

İki günlük səfəri çərçivəsində S.Yücəl Azərbaycan mədəniyyəti və incəsənəti ilə də tanış olub. Azərbaycanın xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Mənsum İbrahimov Azərbaycan muğamlarının və xalq mahnılarının toplandığı “Yana-yana kül oldum” adlı yeni albomunu qonağa hədiyyə edib.

Qonaq sabah Türkiyəyə dönəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR