Bank Of Baku

«Kapellhaus»da «Baku-Brass» nəfəsli kvintetin fərqli tərkibdə konserti keçiriləcək – FOTO

«Kapellhaus»da «Baku-Brass» nəfəsli kvintetin fərqli tərkibdə konserti keçiriləcək – <font color=red>FOTO </font>
# 05 mart 2011 11:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 8-də «Kapellhaus» Alman-Azərbaycan Mədəniyyət Birliyində «Baku-Brass» nəfəsli kvintetin fərqli tərkibdə konserti keçiriləcək.

Mədəniyyət Birliyindən APA-ya verilən məlumata görə, konsertin proqramına J.Offenbax, G.Miller, D.Ellinqton, B.Brouqton, R.Mendes, J.Gale, J.P.Sousa, R.Strauss kimi müxtəlif dövrlərin tanınmış bəstəkarlarının əsərləri daxil edilib.

Adıçəkilən kvintet Azərbaycanda nadir təsadüf olunan nəfəsli alətlər tərkibi əsasında qurularaq 2009-cu ildən fəaliyyətdədir. Kvintetə 2 truba - Sirus Məmmədov (bədii rəhbər), Rövşən Quliyev, valtorna - Andrey Sabayev, trambon - Kamal Tapdıqov, tuba - əməkdar artist Əli Hacıyev daxildir. Qrupda fəaliyyət göstərən bütün ifaçılar Azərbaycan Dövlət Filarmoniyası Simfonik Orkestrinin solistləri, bir çox beynəlxalq, eləcə də respublika müsabiqələri laureatlarıdır.

Qeyd edək ki, «Baku-Brass» kvinteti bir çox maraqlı layihələrlə çıxış edərək, dəfələrlə öz peşəkarlıqlarını nümayiş etdirib. Konsertə giriş sərbəstdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR