Bank Of Baku

Rəssamlıq Akademiyasının tələbəsi Mənsum İbrahimovun büstünü hazırlayır – FOTO

Rəssamlıq Akademiyasının tələbəsi Mənsum İbrahimovun büstünü hazırlayır – <font color=red>FOTO </font>
# 09 mart 2011 09:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Mənsum İbrahimovun büstü hazırlanır. APA-nın məlumatına görə, xanəndənin büstünü Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Namiq Hüseynov hazırlayır. Əvvəlcə büstün hazırlanmasından xəbərsiz olan Mənsum İbrahimov, sonradan bu sürprizdən xəbər tutub: “Bu seçim helkəltəraşın özünə məxsus olub. Mənim şəklimi dostlarımdan alıblar və büstümü hazırlamaq qərarına gəliblər. Rəssamlıq Akademiyasına çağırılanda belə bir şeylə qarşılaşacağımı bilmirdim. Hazırda büstün üzərində tamamlama işləri aparılır. İnşallah bu həftə ərzində gedib son versiyasına baxacağam”.

Büstdə Mənsum İbrahimov əlində qavalla təsvir olunub. Büstün müxtəlif sərgilərdə nümayişi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR