Bank Of Baku

Milli Teatr Günündə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri mükafatlandırılacaq

Milli Teatr Günündə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri mükafatlandırılacaq
# 09 mart 2011 10:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə “Zirvə” mükafatı təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Zirvə” mükafatının sahibləri artıq məlumdur. Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı qaliblərinin təltif olunma mərasimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” zalında baş tutacaq. Tədbirin hər il olduğu kimi, bu ildə martın 10-da – Milli Teatr Günündə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Zirvə” mükafatı 2007-ci ildə təsis olunub. Mükafat milli mədəniyyətin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət sahəsində xüsusi nailiyyətlər qazanaraq yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR