Bank Of Baku

“Akademik Milli Dram Teatrı foto-salnaməsi” kitabının təqdimat mərasimi keçirilib - FOTO

“Akademik Milli Dram Teatrı foto-salnaməsi” kitabının təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 09 mart 2011 13:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Akademik Milli Dram Teatrının studiyasında iki kitabdan ibarət “Akademik Milli Dram Teatrı foto-salnaməsi”nin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbir Akademik Milli Dram Teatrının hazırladığı tamaşalardan fraqmentlərin nümayişi ilə başlayıb. Mərasimdə çıxış edən Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov kitab haqqında məlumat verib. Mədəniyyət və Turizm Nazirliyi və Akademik Milli Dram Teatrı tərəfindən hazırlanan foto-salnamədə Azərbaycan dramaturgiyası və teatrın yarandığı gündən bu günə kimi olan dövrdə Milli Dram Teatrının tarixinə aid olan sənədlər, dövri mətbuatdan götürülmüş informasiyalar və nadir fotolar toplanıb.

Salnamənin hazırlanmasında görkəmli tədqiqatçı Qulam Məmmədlinin, professor İlham Rəhimlinin kitablarından da istifadə edilib. Salnamədəki materiallarının əksəriyyəti teatrın özəl arxivindən, mövcud nəşrlərdən, ayrı-ayrı tədqiqatlardan, müxtəlif muzey və arxivlərdən, mətbuatda dərc olunmuş xatirə xarakterli yazılardan, həmçinin şəxsi arxivlərdən toplanıb.

Qeyd olunub ki, salnamənin hazırlanmasında uzun müddət teatrda truppa müdiri işləmiş əməkdar mədəniyyət işçisi Qürbət Qurbanovun gündəliyi mühüm əhəmiyyət kəsb edib. Hər dildə görkəmli sənətkarların oynadığı tamaşalardan audio-disk də əlavə olunub. İki kitabdan ibarət foto-salnamənin layihə və ön sözünün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, koordinatoru mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, buraxılışa məsul əməkdar mədəniyyət işçisi Maqbet Bünyadovdur.

Salnaməni sənətşünaslıq namizədi Məmmədşah Atayev tərtib edib. Kitabın redaktoru əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR