Bank Of Baku

Milli Teatr Günü münasibəti ilə Akademik Milli Dram Teatrında əsaslı təmirdən sonra ilk tamaşa nümayiş olunub - FOTOSESSİYA

Milli Teatr Günü münasibəti ilə Akademik Milli Dram Teatrında əsaslı təmirdən sonra ilk tamaşa nümayiş olunub - <font color=red>FOTOSESSİYA</font>
# 10 mart 2011 16:45 (UTC +04:00)
APA-nın xəbərinə görə, tamaşanın nümayişindən əvvəl Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. Nazir Azərbaycan teatrında hazırda aparılan islahatlardan, nəticələrdən, gələcək üçün nəzərdə tutulan planlardan danışıb. Ə. Qarayev deyib ki, Azərbaycan xalqı teatr xadimlərinə böyük ümidlər bəsləyir.

Daha sonra İlyas Əfəndiyevin “Hökmdar və qızı” iki hissəli faciəsi əsasında hazırlanan “Qarabağnamə” tamaşasının nümayişinə başlanıb. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Polad Bülbüloğlu və Vasif Adıgözəlovun musiqilərindən istifadə edilib. Baş rolları Kazım Abdullayev (İbrahim xan), Məsmə Aslanqızı (Ağabəyim Ağa), Rafiq Əzimov (Axund Mirmöhsün Ağa), Firəngiz Mütəllimova (Tubu Xanım), Vəfa Rzayeva (Səltənət Bəyim), Ramiz Məlikov (Cavad Xan) canlandırıb.

Qeyd edək ki, tamaşanı izləməyə gələnlər arasında baş nazirin müavini Elçin Əfəndiyev, Türkiyənin İstanbul Memorial Xəstəxanasında müalicəsini yarımçıq qoyub, Milli Teatr Günündə iştirak etmək üçün Vətənə qayıdan xalq artisti Yaşar Nuri, Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələri də olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR