Ramil Qasımov: “Azərbaycan səhnəsinin ən gənc “Koroğlu”su olmaqdan qürur duyuram” – MÜSAHİBƏ - FOTOSESSİYA
- Ramil, 26 yaşında opera səhnəsində Koroğlu obrazını yaratmaq heç bir ifaçıya nəsib olmayıb. Siz Koroğlu obrazında çıxış edən ən gənc ifaçı olacaqsız...
- Bəli, 26 yaşında Koroğlu ifa edən ilk ifaçı mən olacağam. Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulan “Məşədi İbad” operettasında Sərvər rolunun da ən gənc ifaçısı olmuşam. O vaxt on beş yaşım var idi və yadımdadır ki, müəllimim Mobil Əhmədov məni tamaşanın dirijoru Nazim Əliverdibəyovun yanına gətirəndə, o, çox təəccüblənmişdi. O dedi ki, axı bu uşaqdır. Əlbəttə, rol üçün çox gənc olsam da, səs imkanlarım bu obrazın öhdəsindən gələ bildi.
“Koroğlu” operasına gəlincə isə mənə bu təklif Akademik Opera və Balet Teatrının rəhbərliyindən gəldi və bu rol mənim üçün son dərəcə əhəmiyyətlidir. Çünki bu əsər Azərbaycan musiqisinin şah əsərlərindən biri, deyərdim birincisidir. Dahi Üzeyir bəyin böyüklüyü ondadır ki, 1937-ci ildə bu operanı yazanda milliyyətçiliyini, Azərbaycançılığını göstərmək üçün operada məhz milli folklor sənətini, aşıq yaradıcılığını tətbiq edib. Bir də, bu əsərdə Koroğlunun qəhrəmanlığı, onun qələbəsi eyni zamanda xalqın əzmidir, qüdrətidir. Odur ki, bütün o qəhrəmanlığı ifa vasitəsilə çatdırmaq üçün sözsüz ki, məktəb olmalıdır. Mən də həmişə fəxr edirəm ki, Bülbül məktəbindən bəhrələnmişəm. Əlbəttə, bütün bunlar müəllimim Mobil Əhmədovun sayəsində olub. O, beş il Azərbaycan professional vokal məktəbinin banisi dahi Bülbülün tələbəsi olub...
- Bildiyimizə görə, bu tamaşanı Bülbülə həsr etmək qərarına gəlmisiz?
- Bəli, mənim ifa edəcəyim “Koroğlu” operası dahi Bülbülə həsr olunur. Bu tamaşanı ona görə Bülbülə ithaf edirəm ki, onun ruhu şad olsun, görsün ki, bu sənət, bu məktəb, bu nəsil yaşayır, davam edir. Qeyd edim ki, mən Avropa əsərlərinin burada təbliğinin çox əleyhinəyəm. Niyə? Zənnimcə, biz daha çox milli operalarımızı dünyada təbliğ eləməliyik. Necə ki, Bakı Musiqi Akademiyasında Puççininin, Verdinin klavirləri var, həmçinin, milli operalarımızın notları dünyanın musiqi ocaqlarında olmalıdır. Biz alnı açıq, üzü ağ hər yerdə - istər Böyük Teatrda, istər La-Skala Teatrında, istərsə də dünyanın müxtəlif musiqi məkanlarında “Leyli və Məcnun”, “Koroğlu, “Şahsənəm”, “Sevil”, “Nizami”, “Vaqif”, “Natəvan” və digər operalarımızı nümayiş etdirə bilərik. Çünki bu əsərlərimizdə Azərbaycanın milli koloriti təcəssüm olunur.
- “Koroğlu” operası artıq 70 ildən artıqdır ki, repertuardadır. Məlumdur ki, bu vaxta kimi başda Bülbül olmaqla, böyük sənətkarlarımız bu operada yaddaqalan Koroğlular oynayıblar. Bu böyük məsuliyyətli işin öhdəsindən gəlmək çətin olmayacaq ki?
- “Koroğlu” obrazını uğurla yaradan sənətkarlardan biri SSRİ xalq artisti Lütfiyar İmanovla yaş fərqimiz çox olsa da, yaxın münasibətlərimiz var idi. O, səs imkanlarıma yaxından bələd idi və hər görüşümüzdə qeyd edirdi ki, səndən gözəl Koroğlu olar. Sadəcə, o vaxtı səsim buna imkan versə də, yaşım çox kiçik idi. Obraz yaradılanda faktura da böyük əhəmiyyət kəsb edir. Artıq səsimlə yanaşı fakturam da buna imkan verir ki, bu obrazı yaradım. Deməli, qismət martın 27-nə imiş...
- Həmin günə hazırlıq prosesi necə gedir? Koroğlunun mübariz əhval-ruhiyyəsini artıq özündə hiss edirsənmi?
- Demək olar ki, hər gün səhər yuxudan Koroğlu kimi dururam, gecə də Koroğlu kimi yatıram. Belə desəm, özümü Bakıda yox, Çənlibeldə hiss edirəm. Əhatəmdə də 7777 dəlim var. O dəlilərdən də biri elə mən özüməm. Yadımdadır ki, Mobil müəllim məni Tofiq Quliyev və Süleyman Ələsgərovun yanına aparanda Lütfiyar İmanov da onlarla idi. O, dedi ki, Koroğlunu oxumaq üçün gərək sən onun 7777 dəlisindən biri olasan. Roluna o dərəcədə vurğunu olmalısan ki, sən artıq səhnədə tamaşa getdiyi anda yox, elə məşqdə də özünü Koroğlu kimi hiss eləməlisən. Bu baxımdan, mən də hazırda Bakıdan çox “uzaqdayam”. Hazırlıq prosesinə gəlincə isə rejissor Hafiz Quliyevlə, dirijor Nazim Hacıəlibəyovla gərgin məşqlərimiz davam edir. Mən martın 27-də elə illərdir gördüyümüz Koroğlu geyimində səhnəyə çıxacağam. Bu obraz üçün yeni geyim hazırlatdırmadım, bu mənim üçün çox önəmlidir.
- Gənc yaşda Koroğlu oynayan Ramil Qasımov daha hansı obrazda çıxış etmək arzusundadır?
- Sözsüz ki, arzularım çoxdur. Arzusu olmayan insanın yaşamağa stimulu olmur. Məsələn, istərdim ki, səsimlə opera lentə yazılsın. Bilirsiniz, düşünüb ifa eləmək lazımdır. Mən vokalçı ifadəsini heç qəbul etmirəm. Çünki ifaçı olmaq lazımdır. İfaçı da müxtəlif rənglər kimi olmalıdır. Onda daha maraqlı alınar. Rəşid Behbudovun böyüklüyü onda idi ki, o, hər şey oxuyurdu. Bu baxımdan, qeyd edim ki, mən “Biz Bakıdanıq” adlı estrada-simfonik orkestri, eyni zamanda “R&D”, yəni “Ramil və onun dostları” adlı yeni şirkət açmışam. Azərbaycanın ən istedadlı və ziyalı gənclərini bir yerə cəm etməklə Vətənimizin onun hüdudlarından kənarda layiqli tanıdılmasına çalışacağıq. Məlumat üçün qeyd edim ki, artıq aprel ayında “Biz Bakıdanıq” estrada-simfonik orkestri ilə birgə Gəncədə “Səni tərənnüm edirəm, Azərbaycan!” adı altında konsert proqramı ilə çıxış edəcəyik. Gəncədən sonra bu proqramla Gürcüstanda da çıxış etmək niyyətimiz var. Bir də məqsədim budur ki, gələcəkdə “Koroğlu” operasını Böyük Teatrda, La-Skalada mənim ifamda təqdim olunsun.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-3
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır