Bank Of Baku

Akademik Milli Dram Teatrının repertuarında olan bir sıra köhnə tamaşalar bərpa olunur

Akademik Milli Dram Teatrının repertuarında olan bir sıra köhnə tamaşalar bərpa olunur
# 15 mart 2011 10:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Akademik Milli Dram Teatrında M. F. Axundovun “Lənkəran xanının vəziri” (quruluşçu rejissor -Vaqif İbrahimoğlu), Elçinin “Teleskop” (quruluşçu rejissor –Kamran Şahmərdan) və A. Məsudun “Qatarın altına atılan qadın” tamaşalarının (quruluşçu rejissor - Mehriban Ələkbərzadə) məşqləri davam edir. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 18-19 mart tarixlərində “Lənkəran xanının vəziri” tamaşasının premyerasının keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, teatrın repertuarında mövcud olan bir sıra tamaşalar bərpa olunur. Bərpa olunan tamaşalar arasında “Uçqun” (T.Cücənoğlu, quruluşçu rejissor Bəhram Osmanov), “Mesenat” (Ə.Əmirli, quruluşçu rejissor Bəhram Osmanov), “Tələ” (A.Kristi, quruluşçu rejissor Əsgər Əsgərov), “Hamlet” (U.Şekspir, Azər paşa Nemət), “Xəcalət” (H.Mirələmov, quruluşçu rejissor Bəhram Osmanov) və “Tülkü, tülkü, tünbəki” (Xanım, quruluşçu rejissor Vaqif İbrahimoğlu) var. Mətbuat xidmətindən o da bildirilib ki, 20-25 mart tarixlərində teatrda bayramla əlaqədar iş olmayacaq. 31 mart tarixində isə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Xəcalət” tamaşasının nümayişi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR