Bank Of Baku

Azərbaycanlı Timur Oduşev “32nd Annual Young Artist Awards”ın ən yaxşı gənc aktyoru elan olunub

Azərbaycanlı Timur Oduşev “32nd Annual Young Artist Awards”ın ən yaxşı gənc aktyoru elan olunub
# 15 mart 2011 11:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanlı gənc aktyor Timur Oduşev “32nd Annual Young Artist Awards” (“Hollivudun gənc istedadları”) mükafatının laureatı elan edilib. “Nərimanfilm” Kinostudiyasından APA-ya verilən məlumata görə, o bu mükafata “Sahə” filmindəki Qərib roluna görə layiq görülüb. Mükafatlandırma mərasimi Hollivudda bu günlərdə keçirilib. Tədbirdə Timur Oduşevlə yanaşı, filmin quruluşçu rejissoru İlqar Safat da iştirak edib. “Sahə” filmi ABŞ-ın Los-Anceles şəhərində “Oskardan öncə” keçirilən film baxışları çərçivəsində nümayiş olunub və Timur Oduşevin namizədliyi Hollivudun xarici mətbuat nümayəndələrinin qərarı ilə irəli sürülub. Bu nominasiyada Rusiya, Fransa, İsveç, İspaniya, Kanada, Fransa, Hollandiya və Braziliya filmləri iştirak edib. Beynəlxalq münsiflər heyətinin qərarı ilə “32nd Annual Young Artist Awards”ın ən yaxşı gənc aktyoru Timur Oduşev elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR