Bank Of Baku

Oqtay Sadıqzadənin 90 illiyinə həsr olunmuş yubiley sərgisi keçirilib

Oqtay Sadıqzadənin 90 illiyinə həsr olunmuş yubiley sərgisi keçirilib
# 15 mart 2011 16:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. R. Mustafayev adına Dövlət İncəsənət Muzeyində Xalq Rəssamı Oqtay Sadıqzadənin 90 illiyinə həsr olunmuş yubiley sərgisi keçirilib. APA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə təşkil edilib.
Sərgidə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, on gün ərzində tamaşaçılar görkəmli fırça ustasının forma və məzmununa, ideya-bədii mahiyyətinə, yüksək peşəkarlıq və orijinal üslubuna görə bir-birindən fərqlənən əsl sənət əsərləri ilə tanış olmaq imkanı əldə ediblər. Sərgidə Oqtay Sadıqzadənin 100-dək rəngkarlıq və qrafika əsərləri nümayiş etdirilib. Oqtay Sadıqzadənin həyat və yaradıcılığından danışan nazir qeyd edib ki, rəssamın əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda təşkil olunan onlarla sərgidə uğurla nümayiş etdirilib, ölkəmizin milli mədəniyyətinin təbliğinə xidmət göstərib.

Tədbirdə çıxış edən xalq rəssamı sərginin təşkilində əməyi keçən insanlara təşəkkürünü bildirib.

Qeyd edək ki, Oqtay Sadıqzadənin əsərləri hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Ədəbiyyatı Muzeyində, Azərbaycan Tarixi Muzeyində, Teatr Muzeyində, Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Bülbülün, Hüseyn Cavidin ev muzeylərində, Dövlət Rəsm Qalereyasında, Naxçıvanın muzey və qalereyalarında, Moskva Dövlət Tretyakov Qalereyasında, Orenburqun, Lvovun, Ulyanovskun muzeylərində saxlanılır. Bundan başqa ustad sənətkarın tabloları Azərbaycan, Almaniya, ABŞ, Kanada, İsrail, Rusiya, Belarus və Pakistanda bir çox şəxsi kolleksiyaları bəzəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR