Bank Of Baku

Moskvada Mstislav Rostropovic adına ikinci beynəlxalq musiqi festivalı keçiriləcək

Moskvada Mstislav Rostropovic adına ikinci beynəlxalq musiqi festivalı keçiriləcək
# 16 mart 2011 08:10 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Bu ilin martın 27-dən aprelin 5-nə kimi Rusiyanın paytaxtında Mstislav Rostropovic adına ikinci beynəlxalq musiqi festivalı keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskvada keçirilən mətbuat konfransında Moskva Dövlət Mədəniyyət Komitəsinin sədr müavini Andrey Porvatov bildirib. Onun sözlərinə görə, dünya şöhrətli violançel ifaçısı Mstislav Rostropovicin əziz xatirəsinə həsr edilmiş festivalın açılışı məhz dahi musiqiçinin doğum günü, yəni martın 27-də Çaykovski adına konsert salonunda baş tutacaq.

Mətbuat konfransında çıxış edən dahi musiqiçinin qızı, Rostropoviç adına fondun prezidenti, festivalın bədii rəhbəri Olqa Rostropoviç ötən ildən fərqli olaraq bu dəfə festivalın daha geniş şəkildə keçiriləcəyini söyləyib: “Artıq planlaşdırmışıq ki, Moskvadakı festivaldan sonra Sankt-Peterburq Akademik Filarmoniyasında çıxış edək. Düşünürəm ki, bu festivalı biz bütün Rusiyada keçirməliyik”.

Rostropoviç adına festivalının növbəti dəfə Azərbaycanda keçirilməsinə dair sualı cavablandıran Olqa Rostropoviç 2012-ci ildə sözü gedən festivalın yubiley xarakteri daşıyacağını və çox möhtəşəm bir musiqi həftəsi ilə Bakıda qonaq olacaqlarını söyləyib.

Qeyd edək ki, ilk dəfə 2010-cu ildə keçirilən bu musiqi festivalı Rusiya mədəniyyət tarixində özünəməxsus iz qoyduğundan festivalın hər il keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR