Bank Of Baku

Xalça Muzeyində əl işlərindən ibarət “Bahar bayramı, sənət meydanı” adlı sərginin açılışı keçirilib - FOTO

Xalça Muzeyində əl işlərindən ibarət “Bahar bayramı, sənət meydanı” adlı sərginin açılışı keçirilib - <font color=red>FOTO</font>
# 16 mart 2011 14:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Novruz bayramı münasibəti ilə peşəkar və həvəskar rəssamların, xalq yaradıcılığı ilə məşğul olan sənətkarların əl işlərindən ibarət “Bahar bayramı, sənət meydanı” adlı sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, muzeyin direktoru Röya Tağıyeva deyib ki, sərgidə nümayiş olunan əsərlər tətbiqi sənətin müxtəlif növlərində - qobelen, bədii tikmə, xalça və xalça məmulatları, kiçik heykəllər, bəzək əşyaları, metal işləmələr, muncuq, daş və digər materiallardan hazırlanıb. Bu gün sənətsevərlərin ixtiyarına verilən sərgidə F.Tağıyeva, T.Zeynalova, Ş.Əsgərova, F.Xəlilova, H.Vəkilova, S.Hacıyeva, B.Əliyeva, C.Ramazanova, N.Hüseynovun və digərlərinin yaratdığı nümunələr nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR