Bank Of Baku

Bakıda beynəlxalq muğam müsabiqəsinin açılış və püşkatma mərasimi keçirilib - FOTO

Bakıda beynəlxalq muğam müsabiqəsinin açılış və püşkatma mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 17 mart 2011 12:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Martın 17-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında II Beynəlxalq muğam müsabiqəsinin püşkatma mərasimi keçirilib. APA-nın məlumatına görə, “Muğam aləmi” II Beynəlxalq muğam festivalı çərçivəsində keçirilən bu müsabiqədə Azərbaycan, Türkiyə Özbəkistan, Çin, Hindistan, İordaniya, İran, Küveyt və Mərakeş musiqiçiləri iştirak ediblər.

Məlumat verilib ki, II beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinə Azərbaycanın xalq artistləri Siyavuş Kərimi, Ramiz Zöhrabov, Arif Babayevlə yanaşı, YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, türkiyəli musiqişünas, kompozitor Ozan Yarman, amerikalı alim Uilyam Samts və iranlı bəstəkar, musiqişünas Shsan Xezrlou daxildir. Azərbaycanı festivalda 5 ifaçı - Fərqanə Qasımova, Babək Niftəliyev, Aytən Məhərrəmova, Ehtiram Hüseynov və Nişanə Baxışova təmsil edir. Daha sonra püşkatma mərasimi keçirilib. Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqəsində ilk çıxış Özbəkistan musiqiçilərinə nəsib olub.

Qeyd edək ki, müsabiqənin birinci günündə ölkəmizi iki ifaçı təmsil edəcək, ümumilikdə isə 6 musiqiçi dinləniləcək. Muğam ifaçılarının beynəlxalq müsabiqəsi martın 20-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR