Bank Of Baku

Heydər Əliyev Sarayının təşkil etdiyi “Şən qoğalın Novruz səyahəti” adlı konsert proqramının məşqi keçirilib

Heydər Əliyev Sarayının təşkil etdiyi “Şən qoğalın Novruz səyahəti” adlı konsert proqramının məşqi keçirilib
# 18 mart 2011 13:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Martın 22-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibəti ilə keçiriləcək “Şən qoğalın Novruz səyahəti” adlı konsert proqramının məşqi keçirilib. APA-nın məlumatına görə, Novruz şənliyində bir çox sürprizlərin təşkili nəzərdə tutulur. Məşq prosesində maraqlı səhnəciklər lentə alınıb. Heydər Əliyev Sarayının təşkil etdiyi Novruz şənliyində respublikada ilk dəfə olaraq azyaşlı tamaşaçıların hər birinə xüsusi hədiyyə təqdim olunacaq. Bir günlük Novruz şənliyinin biletlərinin satışı davam edir. Biletləri şəhərin mərkəzi kassalarından 5-15 manata almaq olar.

Qeyd edək ki, bayram şənliyinin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR