Bank Of Baku

Nəfəsli və zərb alətləri üzrə II Respublika Müsabiqəsinin qalibləri məlum olub

Nəfəsli və zərb alətləri üzrə II Respublika Müsabiqəsinin qalibləri məlum olub
# 19 mart 2011 10:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən nəfəsli və zərb alətləri üzrə II Respublika Müsabiqəsi başa çatıb. APA-nın məlumatına görə, müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərindən 70 şagird iştirak edib.

Peşəkar münsiflər heyətinin qərarı ilə uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə I, II, III yerlərə və diploma layiq görülüblər. Belə ki, I yeri 24 nömrəli 11 illik və L. və M. Rostropoviçlər adına 21 nömrəli 11 illik uşaq musiqi məktəbi qazanıb.

II yerə 24 nömrəli 11 illik, L. və M. Rostropoviçlər adına 21 nömrəli 11 illik və Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi sahib olub.

III yerə isə C. Hacıyev adına 3 nömrəli, 17 nömrəli, G.Şaroyev adına 35 nömrəli 11 illik, Q.Qarayev adına 8 nömrəli 11 illik, R.Hacıyev adına 15 nömrəli 11 illik, 10 nömrəli, Niyazi adına 22 nömrəli və H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbləri çıxıb.

Bununla yanaşı, 7 məktəb diploma layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR