Bank Of Baku

Bakı Dövlət Sirkində «Rəqs edən begemotlar» atraksionu nümayiş olunur – FOTOSESSİYA

Bakı Dövlət Sirkində «Rəqs edən begemotlar» atraksionu nümayiş olunur – <font color=red>  FOTOSESSİYA </font>
# 19 mart 2011 11:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Dövlət Sirkində yeni proqram nümayişi davam edir. APA-nın məlumatına görə, Rusiya Dövlət Sirkinin nömrələrindən yığılan proqramda həmyerlimiz, Azərbaycan və Rusiyanın xalq artisti Tofiq Axundovun «Rəqs edən begemotlar» atraksionu da nümayiş olunur.

Əvvəlkilər kimi, bu yeni proqram da tamaşaçıların marağına səbəb olub. Bakı Dövlət Sirkinin mətbuat katibi Mahir Hümbətov bildirib ki, əslində sirkin rəhbərliyi bu proqramı çoxdan Bakıya gətirmək istəyirdi. Sadəcə, başqa ölkələrdə qastrol səfərlərində olduqları üçün gələ bilmirdilər: «Bu proqram Azərbaycandan öncə bir neçə ölkədə artıq göstərilib və böyük marağa səbəb olub. Gördüyünüz kimi, Azərbaycanda da eyni maraqla qarşılanır».

Proqrama «əyləncəli safsarlar», müxtəlif meymunlarla atraksionlar, əhilləşdirilmiş itlər, hava gimnastları, akrobatlar, güc jonqlyorları, velofiquristlər, klounlar və digər nömrələr daxildir. Proqramın martın sonuna qədər davam edəcəyi planlaşdırılır.

«Martın 11-dən başlanılan «Rəqs edən begemotlar» adlı proqram paytaxt sakinləri tərəfindən maraqla qarşılanır. Hər nümayiş anşlaqla baş tutur. Sirk ustalarının, hava gimnastlarının, akrobatların, eləcə də klounların itlər, meymunlarla maraqlı nömrələri azyaşlı tamaşaçıları heyrətləndirməyi bacarıb. Proqramın sonunda üç begemotun səhnəyə çıxması hər bir tamaşaçının gözlədiyi nömrədir. Begemotların rəqsi, müxtəlif oyunları kiçiklərlə yanaşı, böyüklərin də marağına səbəb olub», - deyə Sirkdən bildirilib.

Bu proqramın qiyməti yerindən asılı olaraq 4-10 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR