Bank Of Baku

“Miras” sənədli filmi Moskvada keçirilən “Ən yaxşı sənədli film” nominasiyasında 3-cü mükafata layiq görülüb – FOTOSESSİYA

“Miras” sənədli filmi Moskvada keçirilən “Ən yaxşı sənədli film” nominasiyasında 3-cü mükafata layiq görülüb – <font color=red> FOTOSESSİYA </font>
# 21 mart 2011 18:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi Rusiyanın paytaxtı Moskvada keçirilən XVIII Beynəlxalq “Svyataya Anna” kinofestivalının əsas- müsabiqə bölməsində iştirak edib və “Ən yaxşı sənədli film” nominasiyasında 3-cü mükafata layiq görülüb. F. Əhmədovun APA-ya verdiyi məlumata görə, mükafalandırma mərasimi Rusiya Kinematoqrafçılar Evinin böyük zalında tanınmış kinematoqrafçıların iştirakı ilə baş tutub. Kinofestival çərçivəsində 15 nominasiya üzrə 316 bədii, sənədli və animasiya filmi əsas mükafatlar uğrunda mübarizə aparıb. Festival filmlərini 10 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirib.
Qeyd edək ki, filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR