Bank Of Baku

Azərbaycanda keçirilən “Muğam aləmi” II Beynəlxalq muğam festivalına yekun vurulub

Azərbaycanda keçirilən “Muğam aləmi” II Beynəlxalq muğam festivalına yekun vurulub
# 22 mart 2011 18:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bir həftədir, davam edən “Muğam aləmi” II Beynəlxalq muğam festivalına martın 21-də yekun vurulub. APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 20-dan çox ölkəsinin muğam biliciləri və ifaçıları Beynəlxalq muğam festivalında paytaxta toplaşıblar. Festivalın bağlanış mərasimi martın 21-də Heydər Əliyev Sarayında konsert proqramı ilə keçirilib. Festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konserti Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri açıb. Orkestrin bədii rəhbəri Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra səsləndirilib. Gecədə tanınmış Azərbaycan bəstəkarlarının əsərləri də ifa olunub. Həmçinin II Beynəlxalq muğam müsabiqəsinin laureatları - Çin Xalq Respublikasının Urumçi şəhərindən olan musiqi qrupu və “Qarabağ şikəstəsi”nin ən yaxşı ifaçısı nominasiyası üzrə mükafatçı türkiyəli müğənni Yeşim Köksal da çıxış ediblər.

Qeyd edək ki, martın 14-dən 21-dək keçirilən festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların ifaları, beynəlxalq muğam müsabiqəsi qaliblərinin çıxışları, məşhur musiqiçilərin konsertləri təqdim edilib.

“Muğam aləmi” II Beynəlxalq muğam festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR