Bank Of Baku

Koreyada təşkilatçılarından biri SEBA olan “2011-ci il Beynəlxalq Harmoniya Sərgisi” keçirilib

Koreyada təşkilatçılarından biri SEBA olan “2011-ci il Beynəlxalq Harmoniya Sərgisi” keçirilib
# 22 mart 2011 19:51 (UTC +04:00)
Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, açılış mərasimində beynəlxalq sərginin təşkilatçıları, Azərbaycandan gəlmiş rəssamlar, Azərbaycanın Koreyadakı səfirliyinin nümayəndələri, Koreyanın incəsənət və mətbuat nümayəndələri, eləcə də sərgiyə dəvət edilmiş bir çox qonaqlar iştirak ediblər.

Açılış mərasimində sərginin təşkilatçısı “Art Bent” şirkətinin sədri Kvon Younq-il, Azərbaycan nümayəndə heyətinin sədri Validə Məmmədova, xalq rəssamı Cəmil Mühidzadə və digər qonaqlar çıxış ediblər.

Sərgidə Azərbaycan, Türkiyə rəssamlarının əsərləri birgə Koreya rəssamlarının əsərləri də nümayiş etdirilib.

“2011-ci il Beynəlxalq Harmoniya Sərgisi” iki hissədən ibarət olacaq. Sərgi martın 24-ə qədər Seulda, 25-26 martda isə Koreyanın Decon şəhərində davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR