Bank Of Baku

Mənsum İbrahimov “Qarabağ” triosu ilə Belçika və Hollandiyada konsertlər verəcək

Mənsum İbrahimov “Qarabağ” triosu ilə Belçika və Hollandiyada konsertlər verəcək
# 28 mart 2011 16:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov Belçika və Hollandiyaya səfər edəcək. Bu barədə APA-ya məlumat verən xalq artisti bildirib ki, səfər aprelin 1-dən 5-ə kimi davam edəcək.

Xanəndə əvvəl Belçika, sonra Hollandiyada konsert proqramları ilə çıxış edəcək. M.İbrahimov bildirib ki, ilk konserti aprelin 1-də Belçikanın Antverpen şəhərində olacaq. Növbəti üç konsert isə Hollandiyada - aprelin 2-də Utrext, 3 və 4-də isə Amsterdam şəhərində olacaq: “Konsertlərin təşkilatçısı Hollandiyanın məşhur Troppen Teatrıdır. Bu dəvət 8 ay əvvəl gəlmişdi. Onlar məni internet vasitəsilə görüblər, səsimi, sənətimi bəyəniblər. Nəhayət, Mədəniyyət və Turizm Nazirliyi vasitəsilə tapa biliblər. Mən də bu dəvəti məmnuniyyətlə qəbul etdim. Təşkilatçılar tərəfindən konsertə çox ciddi hazırlıq gedir. İnternet saytlarda məlumatlar, elanlar, afişalar, konsertlərin vaxtı və yeri barədə məlumatlar yerləşdirilib. Onu da deyim ki, hər konsertdən öncə mənim haqqımda çəkilən 30 dəqiqəlik film nümayiş olunacaq. Fasilədən sonra isə konsert proqramı başlayacaq”.

M.İbrahimov qeyd edib ki, konsertlərdə “Qarabağ triosu” adı altında çıxış edəcəklər. Konsertdə onu əməkdar artistlər - tarzən Elçin Həmidov, kaman ifaçısı Elnur Əhmədov, balabanda Nizami Allahverdiyev, nağarada isə Kamran Kərimov müşayiət edəcək: “Üçlük yaratmışıq, adını da “Qarabağ” qoymuşuq. “Qarabağ” triosu olaraq hər üçümüz işğalda olan Ağdam, Füzuli və Zəngilan rayonlarındanıq. Artıq bir ildir hansı ölkəyə səfər etsək, bu üçlüyün adını xüsusi vurğulayırıq. Hətta afişalarda da bu ad qeyd olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR