Bank Of Baku

Daşkənddə Tahir Salahovun əsərləri əsasında toxunulmuş xalçalardan ibarət sərgi təşkil olunacaq

Daşkənddə Tahir Salahovun əsərləri əsasında toxunulmuş xalçalardan ibarət sərgi təşkil olunacaq
# 29 mart 2011 15:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Daşkənddə Tahir Salahovun əsərləri əsasında toxunulmuş xalçalardan ibarət sərgi təşkil olunacaq. Bu barədə APA-ya Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyindən məlumat verilib. Sərgi Azərbaycan və Özbəkistan respublikaları arasında qarşılıqlı mədəni əlaqələr çərçivəsində keçiriləcək. Bu əməkdaşlıq müddətində il ərzində özbək qadın rəssamlarının əsərlərindən ibarət sərgi Bakıda, Azərbaycan xalq tətbiqi sənəti ustalarının sərgisi Daşkənddə və Özbəkistan xalq rəssamı Akmal Nurun Bakıda fərdi sərgisi təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR