Bank Of Baku

Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalında bir sıra ölkələrdən musiqiçilər iştirak edəcək

Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalında bir sıra ölkələrdən musiqiçilər iştirak edəcək
# 30 mart 2011 09:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 2-dən 8-dək Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək. APA-nın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, festivalın çərçivəsində elmi konfrans, həmçinin dünyanın tanınmış musiqiçilərinin konsertləri təşkil olunacaq. Festivalın açılışı aprelin 2-də Azərbaycan Dövlət Filarmoniyasında olacaq. Festivalda Gürcüstan, Böyük Britaniya, Avstriya, Almaniya, Ukrayna, İsveçrə və digər ölkələr iştirak edəcəklər.
Tədbirlər Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Kamera və Orqan Musiqisi Zalı, Muzey Mərkəzi, Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Festivalın təntənəli bağlanış mərasimi aprelin 8-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR