Bank Of Baku

Bakıda Klavdiya Şuljenkonun 105 illiyi qeyd olunub

Bakıda Klavdiya Şuljenkonun 105 illiyi qeyd olunub
# 30 mart 2011 13:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində SSRİ xalq artisti Klavdiya Şuljenkonun 105 illiyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirin aparıcısı, Azərbaycanın xalq artisti Aleksandra Nikuşina tanınmış ifaçı Şuljenkonun həyat və yaradıcılığı barədə məlumat verib. O bildirib ki, 1906-cı ildə Xarkovda anadan olan K.Şuljenko aktyor olmaq istəyib və bu məqsədlə 17 yaşında Xarkov teatrına işə düzəlib. Xalq və klassik musiqi əsərlərinin ifası onu konsert səhnələrinə gətirib, Şuljenko ömrünün sonuna kimi ifaçılıq sənəti ilə məşğul olub.
Tədbirdə K. Şuljenkonun müxtəlif dövrlərdə ifa etdiyi musiqilər səsləndirilib və son konsertlərdən birinin videoroliki nümayiş etdirilib. Azərbaycan Musiqili Komediya Teatrının solisti Yuliya Sidorskaya və Musiqi Akademiyasının müəllimi Natalya Turovskayanın ifasında K.Şuljenkonun ifa etdiyi musiqilər səsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR