Bank Of Baku

Akademik Milli Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasının premyerası keçirilib

Akademik Milli Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasının premyerası keçirilib
# 31 mart 2011 07:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı səhnəsində görkəmli Azərbaycan dramaturqu M. F. Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasının premyerası keçirilib. APA-nın məlumatına görə, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə 1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulub. Bu komediyaya müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı verilib. Akademik Milli Dram Teatrının təqdim etdiyi yeni quruluşda milli kolorit, şən yumorla yanaşı 18-ci əsrdə hökm sürən idarəçilik üsul-idarəsinə sarkazmla işarələr vurulur. Rejissor ilk səhnələrdən tamaşaçının diqqətinə çatdırır ki, Xan sui-qəsd xofu ilə yaşayır. Tamaşa Xanın gəlişi zamanı görülən təhlükəsizlik tədbirləri ilə başlayır. Hadisələrdən məlum olur ki, vəzir Mirzə Həbib öz vəzifəsini qorumaq üçün baldızı Nisə xanımı Xana ərə vermək fikrindədir. Nisə xanım isə Xanın qardaşı oğlu Teymur ağanı sevir. İki arvadının, qaynanası Pəri xanımın və baldızı Nisə xanımın kələkləri Mirzə Həbibi gülünc vəziyyətə salır. Tamaşa xoşbəxt sonluqla, dənizdə batan Xanın yerinə Teymur ağanın xal seçilməsi və sevgisilinə
qovuşması ilə bitir.

Tamaşa dahi ədibin 200 illiyinə həsr olunub. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı xalq Artisti Səyavuş Kərimidir.

Tamaşada xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Şəlalə Şahvələdqızı, İlahə Həsənova, Aslan Şirinov, Əlvida Cəfərov, Elnur Qədirov, İlyas Əhmədov, Elnar Qarayev və başqaları iştirak edirlər.

Vaqif İbrahimoğlu səhhətindəki problemlərdən dolayı premyerada iştirak edə bilməyib. Nümayişdə Milli Məcliz üzvləri, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR