Bank Of Baku

“Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsinin nəticələri elan olunub

“Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsinin nəticələri elan olunub
# 31 mart 2011 15:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Vəcihə Səmədova adına Sərgi Salonunda 1918-ci ilin 31 martında azərbaycanlılara qarşı törədilən soyqırımına həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə keçirdiyi “Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsinin nəticələri elan olunub. Mərasimdə çıxış edən ittifaqın sədri, xalq rəssamı Fərhad Xəlilov 1918-ci il martın 31-də azərbaycanlıların məruz qaldığı soyqırımı hadisəsinin azərbaycanlıların qan yaddaşında silinməz izlər buraxdığını bildirib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev diqqətə çatdırıb ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yaradıcı insanlar, eləcə də rəssamlar öz bilik və bacarıqlarını əsirgəmirlər. Ə. Vəliyev əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, 2011-ci ildə nazirlik Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə “Xocalı soyqırımı” mövzusunda respublika sərgi-müsabiqə elan edib. Müsabiqədə 125-dən çox rəssam 150-dək əsərlə iştirak edib. Sonra dörd nominasiya - rəsm və boyakarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və müasir incəsənət nominasiyaları üzrə keçirilən müsabiqənin qaliblərinin adı açıqlanıb. Müsabiqədə birinci yerə layiq əsər olmadığından münsiflər heyətinin yekdil qərarı ilə 35 rəssam 2-3-ci yerləri tutub və həvəsləndirici mükafatlar qazanıblar.

Qeyd edilib ki, müsabiqəyə təqdim edilmiş bütün əsərlər kataloq halında çap ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR