Yaşar Nuri: “Mütləq səhnəyə çıxacağam” - MÜSAHİBƏ - FOTOSESSİYA
- Ötən həftə yenidən İstanbul Memorial Xəstəxanasında müayinədən keçdiniz və müalicənizin birdəfəlik Azərbaycanda davam etdirməyinizə qərar verildi...
- Mən Sizə deyirdim ki, özümü çox yaxşı hiss edirəm. Bu da sübut. Normalam şükür Allaha. Bu elə şeydir ki, heç birimizin əlində deyil. Sadəcə bir az yerişimdə problemlər var. O keçib gedəcək, buna inanıram. Mən 4 ay İstanbulda öz xoşuma yatmamışam. Məcburi yatızdırıb, müalicə edirdilər. Gördünüz ki, bu gün teatra öz ayağımla gəldim. Hələ bundan da yaxşı görəcəksiniz məni, gündən-günə yaxşılaşıram. Hələ mənim teatrda çox işim olacaq. Məni çox iş gözləyir... Darıxmışam, çox darıxmışam. Mən çox şeylər planlaşdıra bilərəm, amma deyim var “Sən saydığını say, gör fələk nə sayır”. Tamaşaçılar məndən ötrü, mən də onlardan ötrü darıxmışam... Bilirsiniz, İstanbulda müalicə olunduğum 4 ayda heç nədən qorxmadım. Biz qorxmaq üçün gəlməmişik bu həyata. Biz həyata göz açanda gərək qorxu hissindən uzaq olaq. Həyata gəlmək, yaşamaq artıq bütün əziyyətlərə boyun olmaq deməkdir. Heç nədən qorxmadım, sadəcə əziyyət olur bir az. Xəstəlikdir də, gələndə qatarla gəlir. Qəzəldə deyildiyi kimi:“Mən bəlanı istərəm, çün bəla istər məni...”
- Səhhətinizdə yenidən problem yaranması özünüzə qarşı diqqətsizlikdən irəli gəlmirmi? Bəlkə özünüzə daha artıq vaxt ayırasınız?
- Diqqət deyəndə ki, evdə mənə yetəri qədər diqqət edirlər. Bilirsiniz, mən səhnə, kino üçün o qədər acmışdım ki... Ona görə gəldim və gələn kimi birdən-birə üç tamaşa - Musiqili Komediya Teatrında “Ər və arvad”, Kukla Teatrında “Məşədi İbad”, “Arşın mal alan” tamaşalarda, eyni zamanda “Bacanaqlar” serialının çəkilişi... Yəqin ki, bunlar məni bir az yordu. Oksigen çatışmazlığı, qan təzyiqi, beyinə qan sızma. Həkimlər bildirdilər ki, bu əsəb və yorğunluqla əlaqədardır.
- Deyirlər, “Başına gələn başmaqçı olar”. Amma Siz yenə də həkimləri dinləməyib, onların tam razılığı olmasa da, teatrın açılışına gəldiniz...
- Axı həkim mənim ürəyimdə deyil. Hətta ürəyimdə olsa belə, bilə bilməz axı mənim məhəbbətimi. Mən söz vermişdim və mütləq gələcəkdim. Əlil arabasında da olsaydım, gələcəkdim, çünki teatr 40 ilə yaxındır, mənim evimdir. 10 yaşından bu həyatın içindəyəm, bu tozu uduram. Necə ola bilərdi ki, belə bir günə gəlməyim?
- Çoxsaylı tamaşaçılar Yaşar Nurinin səhnəyə çıxışını səbirsizliklə gözləyir. Yeni təkliflər almısınızmı?
- Bu dəfə heç nədən qorxmuram. Çoxsaylı rollar düşünürəm. “Niyyət” filminin rejissoru Samir Kərimoğlundan dəvət almışam. Çox maraqlı bir obrazdı, mayın axırında filmin çəkilişlərinə başlayacağıq. Görkəmli rejissor Vaqif Mustafayevlə birgə işimiz var, onu başlayacağam. Akademik Milli Dram Teatrında “Tiflis yengələri” pyesində rolum var. Bununla bərabər, “Özüm bir aktyoram, teatrım var” monotamaşasını tək oynayacağam. Artıq müdiriyyətlə danışmışıq, icazə verilib. Çox güman ki, bu tamaşada müasir Molla Nəsrəddin olacağam. Yəqin ki, tamaşa Sabirin motivləri əsasında hazırlanacaq. Bir də telekanallardan dəvət alıram, ancaq gedə bilmirəm. Təklif, iş çoxdur. Səhnəyə çıxmalıyam, qurtardı getdi. Mütləq səhnəyə qayıdacağam!
- Əsaslı təmirdən çıxmış Akademik Milli Dram Teatrında artıq iki tamaşaya baxmısınız. Təəssüratlarınız maraqlı olardı.
- Təmir olunmuş bu möhtəşəm binada çox yenilik var. Bu boyda binada yenilik, kollektivin əzmini görməmək düzgün olmaz. Camaatda yeni həvəs, yeni istək var. Keçən ilə qədər hər kəs, rol verilənlərin çoxu belə oynamaqdan imtina edirdi. İndi hamı rol oynamaq istəyir. Tək görünüş yox, teatrda ümumi atmosfer dəyişib. Həm binanın özü, həm rəhbərlik, həm yeni iş rejimi... Teatrın hər yeni tamaşası, hər uğuru, məni bir addım irəli aparır.
- Bu il 60 yaşınızı qeyd edəcəksiniz. Yorulduğunuzu hiss etmirsiniz?
- 4 ildir, mən bu xəstəliklə əlləşirəm. Amma yorulmaq olmaz, yorulmaq mənlik deyil. Həyatda yorula bilərəm, səhnədə yox... İkincisi də, lazım olmasan, gərək özün yavaş-yavaş gedəsən. Mən səhnəyə çıxarkən alqışlanıram. Bilirsinizmi, səni növbəsiz mağazaya buraxarlar, qırmızı işıqda keçəsən, bağışlayarlar, amma tamaşaçı sevgisini qazanmaq çox çətin məsələdir. Mən bu sevgini hiss edirəm. Teatrın açılışında mən salona daxil olanda o cür alqışlandım. Gəldim evə, amma yenə özümü səhnədə hiss edirdim. Mən bildim ki, səhnəyə çıxanda, sənə əl çalırlarsa, səni öpürlərsə, sənə növbəsiz yer verirlərsə, deməli tamaşaçı məhəbbətini qazanmısan. Özümə qarşı tamaşaçı sevgisini hiss etdiyim üçün çox xoşbəxtəm. Bəzən dost-tanışlarım məni danlayır, deyirlər, “Əşşi elədiyini eləmisən, bu yaşda sən elədiyini heç kim eləməyib”. Bəzi dostlarım isə “Yaşar, bu yaşa qədər sən nələr eləməmisən, bəsdir də” deyirlər. Deyirəm, yox bəs deyil, imkan olar, işləyərəm, olmaz da ki... Amma yenə gələcəyəm, yenə baxacağam. O əzmlə çalışıram ki, səhnəyə çıxım və çıxacağam. Nəinki burada, hələ Musiqili Komediyada, Gənc Tamaşaçılar Teatrında, Kukla Teatrında da işlərim var.
- Yubileyinizi necə qeyd etməyi düşünürsünüz?
- Vallah 60 illiyə tələsmirəm. Yubileyimlə maraqlanırlar, hörmətli nazirimiz də dedi ki, yubileyim regionlarda da keçiriləcək. Sözün düzü, mən özümü səhnədə çox gənc hiss edirəm. O rəqsləri ki, “Ər və arvad”da, “Məşədi İbad”da mən oynadım, deməli, hər şey çox yaxşıdır. Mən görəndə ki, 10 yaşında uşaq da axsayır, düşünürəm ki, həyatdır da, bəs o neynəsin? Mən indi 60 yaşında beləyəm, bəs o? Yubileyi də edəcəyik, inşallah. Həyata açıq və nikbin gözlə baxmaq lazımdır. Yaşamaq yaxşı şeydir, amma rahat yaşayasan. Pul heç nəyi həll eləmir, amma rahatlıq həll eləyir. 60 yaş nədir ki, hələ çox iş görəcəyəm...
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-3
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır