Bank Of Baku

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyənin Azərbaycandakı səfirliyində «Soyqırım abidəsinin dastanı» dramatik tamaşası nümayiş etdirib

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyənin Azərbaycandakı səfirliyində «Soyqırım abidəsinin dastanı» dramatik tamaşası nümayiş etdirib
# 02 aprel 2011 13:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyənin Azərbaycandakı səfirliyində «Soyqırım abidəsinin dastanı» dramatik dastan-tamaşasını nümayiş etdirib. APA-nın məlumatına görə, Türkiyə səfirliyinin Mədəniyyət Mərkəzində nümayiş etdirilən tamaşanı səfirliyin əməkdaşları ilə yanaşı Bakıda fəaliyyət göstərən türk iş adamları da izləyib.

Zihni Papaqçının eyni adlı əsəri əsasında hazırlanmış tamaşanı izləyən Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdiyi soyqırımı əks etdirən səhnə əsərini yüksək qiymətləndirib. O, teatrın yaradıcı heyətinə təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR