Bank Of Baku

Bakıda türk dramaturqunun Off, Off Brodvey Teatrında səhnələşdirilmiş pyesinin diskinin təqdimatı keçirilib - FOTO

Bakıda türk dramaturqunun Off, Off Brodvey  Teatrında səhnələşdirilmiş pyesinin diskinin təqdimatı keçirilib   - <font color=red>FOTO</font>
# 02 aprel 2011 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqında türk dramaturqu Yakup Almeleyin Off, Off Brodvey (Off, Off Broadway) Teatrında səhnələşdirilmiş “Biznesmen” pyesinin diskinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə UNESCO-nun Teatr İnstitutunun təmsilçisi, Yakup Almeleyin yaxın dostu Emre Erdem iştirak edib. Mərasim tanınmış prodüser Annie Wardın səhnələşdirdiyi “Biznesmen” pyesinin tamaşasının nümayişi ilə başlayıb. Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov türkiyəli bir yazarın əsərinin dünyada çox tanınmış teatrda səhnələşdirilməsini böyük hadisə kimi qeyd edib. İttifaq rəhbəri Of, Of Brodvey Teatrının Brodvey Teatrına əks istiqamət kimi yaradıldığını diqqətə çatdırıb: “Hazırda bu cür teatrlar olduqca dəbdədir. Onlar dəbdəbədən imtina edir, sadə məzmunlu tamaşalara üstünlük verirlər. Yenilik axtaran rejissorlar məhz bu səhnələrə üz tuturlar”.

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Azərbaycanda bu diskin yayılması işini rəhbərlik etdiyi qəzetin həyata keçirdiyini vurğulayıb: “Sözsüz ki, bu hadisə Türkiyə teatr xadimləri ilə yanaşı, bizi də sevindirir. Bu yolda da biz öz öhdəmizə düşən vəzifəni etməliyik. Türk yazarının əsərinin Brodvey teatrında səhnələşdirilməsi sözsüz ki, böyük uğurdur. Bu uğurun Azərbaycan yazarlarına da nəsib olmasını arzulayıram”.

Bakıda qonaq olan Emre Erdem diskin Azərbaycanda da təqdimatından məmnunluğunu dilə gətirib. O, 76 yaşlı Yakup Almeleyin təşəkkürünü də çatdırıb və Azərbaycandan dəstək gördüklərini deyib. Azərbaycan yazarlarının da əsərlərinin bu cür teatr səhnələrdə qoyulmasını arzu edən E. Erdem, bu yolda öz səylərini əsirgəməyəcəklərini qeyd edib.

Teatrşünas Məryəm Əlizadə, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bunu türk dünyasının mədəniyyət hadisəsi olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR