Bank Of Baku

Kiyevdə XXI «Mövsümün Musiqili Premyeraları» Festivalı keçirilir

Kiyevdə XXI «Mövsümün Musiqili Premyeraları» Festivalı keçirilir
# 07 aprel 2011 14:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu günlərdə Ukrayna Mədəniyyət Nazirliyi, Ukrayna Bəstəkarlar İttifaqının Kiyev şöbəsinin təşkilatçılığı ilə Kiyevdə XXI «Mövsümün Musiqili Premyeraları» Festivalının açılışı olub. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 10-dək davam edəcək festivalda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin də əsərləri ifa olunub. Festival çərçivəsində M.V.Lisenko adına Ukrayna Milli Konservatoriyasının Sütunlu Zalında Milli Kamera Orkestrinin konserti olub. Ukraynanın xalq artisti Volodimir Sirenkonun rəhbərlik etdiyi Milli Kamera Orkestrinin ifasında Dmitrii Libinin, Levko Klodubun, Vidmantis Bartulisin, Sergey Zaşitkonun, İqor Şerbakovun və Sergey Prokofyevin əsərləri səslənib. Konsert F. Əlizadənin «Metomorfoz» əsəri ilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR