Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti premyera keçiriləcək - FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti premyera keçiriləcək - <font color=red>FOTO</font>
# 11 aprel 2011 12:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aprelin 15-də tanınmış dramaturq Əli Əmirlinin M.S.S. – “Mən səni sevirəm” adlı pyesi əsasında eyniadlı iki hissəli lirik komediyasına ictimai baxış keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, respublikanın əməkdar müəllimi Bilqeyis Məmmədovanın xatirəsinə ithaf olunmuş tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

Tamaşada əsas obrazları əməkdar artistlər Qəmər Məmmədova, Leyli Vəliyeva, Lətifə Əliyeva, Kubra Dadaşova, aktyorlar Almaz Mustafayeva, Kəmalə Hüseynova, Mehriban Abdullayeva, Eşqin Quliyev, Günel Məmmədova, Elşən Çarhanlı, Sərvər Əliyev, Asya Atakişiyeva, Elnur Hüseynov yaradıblar.

Tamaşanın premyeraları aprelin 22-i və mayın 7-də baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR