Bank Of Baku

Ceyhun Mirzəyevin 65 illik yubileyi qeyd olunub

Ceyhun Mirzəyevin 65 illik yubileyi qeyd olunub
# 11 aprel 2011 16:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın tanınmış rejissoru və aktyoru Ceyhun Mirzəyevin 65 yaşının tamam olması münasibətilə Dövlət Film Fondunda xatirə gecəsi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev Ceyhun Mirzəyevin həyat və yaradıcılığından söhbət açıb, xatirələrini bölüşüb. Sonra Mədəniyyət və Turizm Nazirliyi ilə Dövlət Film Fondunun birgə hazırladığı, mərhum aktyorun həyat və yaradıcılığından bəhs edən video çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən kino xadimləri Ceyhun Mirzəyevin Azərbaycan kino tarixində xidmətlərindən söz açıblar. C. Mizəyevin kurs yoldaşı Ənvər Əbluc bildirib ki, məhrum aktyor az ömür yaşamasına baxmayaraq, yaratdığı hər bir obrazla insanların ürəyinə yol tapmağı bacarıb.

Tədbirdə Fuad Poladov, Samir Süleymanov, Ramiz Əzizbəyli, Elxan Qasımov, Aydın Kazımzadə, Xamis Muradov və aktyorun həyat yoldaşı məhrumla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə C.Mirzəeyin çəkildiyi filmlərdən parçalar nümayiş etdirilib. Bundan başqa, mərhum aktyorun baş rolda çəkildiyi “Qara qağayı” filmindən də fraqmentlər göstərilib. Bu film 1962-ci ildə Rusiyada Georgiy Koltunov tərəfindən çəkilib. Film Fonda ötən il hədiyyə verilib.

Tədbirdə Ceyhun Mirzəyevin həyat və yaradıcılığını əks etdirən foto sərgi də təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR