Bank Of Baku

Azərbaycan Moskvada keçiriləcək beynəlxalq film festivalında təmsil olunacaq

Azərbaycan Moskvada keçiriləcək beynəlxalq film festivalında təmsil olunacaq
# 13 aprel 2011 12:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Sahə” filmi Moskvada keçiriləcək XIII Beynəlxalq “DetekFEST” və hüquq-mühafizə mövzusunda film festivalında təmsil olunacaq. “Nərimanfilm” Kinostudiyasından APA-ya verilən məlumata görə, aprelin 20-dən 24-nə keçiriləcək festivalda iştirak etmək üçün 34 ölkədən 330 müraciət daxil olub. O cümlədən, İtaliya, İspaniya, Kolumbiya, Tayvan, Norveç, Niderland, Cənubi Afrika Respublikası, Kanada və digər ölkələrdən də iştirak üçün sorğular ünvanlanıb. Bu il festivalın müsabiqəsində 56 bədii, 29 dedektiv serialı və 96 sənədli və qısametrajlı filmlər, 150 televiziya proqramı mübarizə aparacaq. 2011-ci il üzrə nominantların ümumi sayı 51-dir və “Qəhrəman” və “Anti-qəhrəman” nominasiyalarda 29 aktyor yarışacaq. Festivalın xüsusi mükafatı olan “Canlı əfsanə” 2011-ci ildə rejissor Stanislav Qoloruxinin “Görüş yerini dəyişmək olmaz” filminə təqdim olunacaq. Bu il S.Qoloxurinin 75, filmin isə 30 illiyi qeyd olunur.
Diskussiya və kino baxışlarından əlavə, festival təşkilatçıları çox geniş paralel proqram hazırlayıblar. Festival komandasına rejissor Yuri Qrimovun emalatxanasının tələbələri qatılacaqlar.
XIII Beynəlxalq “DetekFEST” və Hüquq-Mühafizə mövzusunda film festivalında Azərbaycanla yanaşı, Litva, Niderland, Çin, Tayvan, Rusiya və Monqolustan iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR