Bank Of Baku

“Abşeron” Rəsm Qalereyasında fotoqraf Rüstəm İsmayılovun sərgisi açılıb - FOTO

“Abşeron” Rəsm Qalereyasında fotoqraf Rüstəm İsmayılovun sərgisi açılıb - <font color=red>FOTO</font>
# 14 aprel 2011 15:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Abşeron” Rəsm Qalereyasında fotoqraf-jurnalist Rüstəm İsmayılovun sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, “Baharın 60 anı” adı altında təşkil olunan sərgi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və “Abşeron” Rəsm Qalereyasının təşəbbüsü ilə baş tutub. Fotoqrafın fikrincə, əks olunan hər bir an zamanın mühüm hissəsidir. Sərgidə nümayiş etdirilən kompozisiyaların əksəriyyəti bədii əhəmiyyət daşıyır.

Sərgidə Rüstəm İsmayılovun “Diskussiya” “Dəcəllər meydanı”, “Tanışlıq”, “Rəssam Adil Ələkbərovu xatırlayarkən”, “Gənc skripkaçı” və “Türkmən gözəli” kompozisiyaları maraqla qarşılanıb. Aprelin 18-dək davam edəcək sərgidə R. İsmayılovun müxtəlif mövzuları əks etdirən 60 fotosu nümayiş etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR