Bank Of Baku

Gəncə Dövlət Kukla Teatrında iki yeni tamaşa səhnələşdirilir

Gəncə Dövlət Kukla Teatrında iki yeni tamaşa səhnələşdirilir
# 15 aprel 2011 08:08 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə Dövlət Kukla Teatrında iki yeni tamaşa səhnələşdirilir. Teatrdan APA-nın qərb bürosuna verilən məlumata görə, yeni tamaşalar Aleksandr Puşkinin “Balıqçı və balıq nağılı” və Rəhman Əlizadənin “Tənbəl Əhməd” nağılının motivləri əsasında səhnələşdirilir. “Balıqçı və balıq nağılı”na əməkdar incəsənət xadimi Fərmayıl Paşayev, “Tənbəl Əhməd” nağlına isə Xudayat Əsgərov quruluş verəcək. Tamaşalarda əsas rolları kukla teatrının aktyorları Nailə Namazova, Yaqut Xasıyeva, Nacəddin Məmmədov, Səməd Xanəhmədov, Elman Vəliyev və digərləri canlandıracaqlar. Tamaşalar may ayının sonlarında nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR