Bank Of Baku

Moskvada azərbaycanlı rəssamın sərgisi açılıb - FOTO

Moskvada azərbaycanlı rəssamın sərgisi açılıb - <font color=red>FOTO</font>
# 15 aprel 2011 08:22 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya Federasiyasının paytaxtı Moskvada azərbaycanlı rəssam Abbas Kazımovun “Parlaq dünya” adlı sərgisinin açılışı keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Rəssamlıq Akademiyası Zurab Sereteli İncəsənət Qalereyasında keçirilən sərgi Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Rusiya Rəssamlıq Akademiyası tərəfindən təşkil olunub. Sərginin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, tanınmış incəsənət xadimləri və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

A. Kazımov unikal “xalça stili” bədii sənət əsərinin yaradıcısı sayılır. Bu sənət stili özündə şərq və klassik incəsənət və mədəniyyət məktəbinin xüsusiyyətlərini özündə birləşdirir. Sərgidə rəssamın 1989-cu ildən 2011-ci ilə qədər çəkdiyi sənət əsərləri nümayiş olunub.

Qeyd edək ki, Abbas Kazımov 1956-cı il yanvarın 1-də Bakıda doğulub. Ali rəssamlıq təhsili alıb. 1979-cu ildən professional rəssamlıq sərgilərində iştirak etməyə başlayıb. Onun əsərləri Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan, Avropa ölkələri, ABŞ və Çində keçirilən sərgilərdə nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR