Bank Of Baku

Bəstəkarlar İttifaqında Şuşa uşaq musiqi məktəbləri şagirdlərinin və məzunlarının “Qarabağ istedadları” adı altında konserti keçirilib

Bəstəkarlar İttifaqında Şuşa uşaq musiqi məktəbləri şagirdlərinin və məzunlarının “Qarabağ istedadları” adı altında konserti keçirilib
# 15 aprel 2011 15:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Şuşa uşaq musiqi məktəbləri şagirdlərinin və məzunlarının “Qarabağ istedadları” adı altında konserti keçirilib. APA-nın məlumatına görə, konsert Azərbaycan Bəstəkarlar İttifaqının Şuşa Təşkilatı və Şuşa Şəhər Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bu cür konsertlərin keçirilməsini yüksək qiymətləndirib. Musiqi əsərləri “Bülbülcan” adına musiqi məktəbinin şagirdləri Gülnar İsfəndiyarova, Tofiqə Axundzadə, Əli Məmmədov, Məhəmməd Əliyev, Nigar Vəliyeva, “Quşçular” Musiqi məktəbinin şagirdləri Həmayil Abbasova, Lamiyə Süleymanzadə, Ağaxanım Hacıyeva, “Qaladərəsi” musiqi məktəbinin şagirdləri Laçın Musayeva, Zümrüd Hüseynova, Əsmər Qafarlır, eləcə də Şuşa Musiqi Texnikumunun, Şuşa Mədəni-Maarif Tenxikumunun, Şuşa İncəsənət Məktəbinin, “Malbəyli” Musiqi Məkətibinin şagirdlərinin çıxışları müsbət qarşılanıb.

Proqramda Frans İosif Haydn, Pyotr Çaykovski, Fredirik Şopen, Çi Moroza, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı kimi bəstəkarların əsərləri səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR