Bank Of Baku

Azərbaycanlı gənc dirijor İtaliya və İspaniyada bu il keçiriləcək konsertlərdə dirijorluq etmək hüququ qazanıb

Azərbaycanlı gənc dirijor İtaliya və İspaniyada bu il keçiriləcək konsertlərdə dirijorluq etmək hüququ qazanıb
# 15 aprel 2011 16:59 (UTC +04:00)
Bakı-APA. Roma şəhərinin “Olimpiko” teatrında Arturo Toskanini Filarmoniya Orkestrinin konserti keçirilib. Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, orkestrə çoxsaylı beynəlxalq müsabiqələr laureatı, adı Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na yazılmış Əyyub Quliyev dirijorluq edib. Ə. Quliyev ötən ilin 5-16 oktyabr tarixlərində Parmada keçirilən dirijorların beynəlxalq Arturo Toskanini müsabiqəsində qalib gələrək münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin Cüseppe Sinopolinin adını daşıyan birinci mükafatına layiq görülüb. 20 ildən bəri heç kimin qazana bilmədiyi mükafatı əldə etməklə Ə. Quliyev Arturo Toskanini Filarmonik Orkestrinin İtaliyanın Roma, Bolonya və Parma şəhərlərində, eləcə də İspaniyanın Madrid şəhərində bu il keçiriləcək konsertlərində dirijorluq etmək hüququ qazanıb.
Romada keçirilən ilk konsertə eyni zamanda Azərbaycanın İtaliyadakı səfirliyi öz dəstəyini verib. Konsertdən əvvəl təşkil edilmiş açılış mərasimini giriş sözü ilə açan Roma Filarmoniya Akademiyasının direktoru Sandro Kappelletto Ə. Quliyevin gənc və istedadlı maestro kimi Azərbaycan və onun hüdudlarında əldə etdiyi uğurlardan danışıb. Mərasimdə həmçinin Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edib, gənc dirijor Ə. Quliyevin sənətinə verilən yüksək qiymətə görə İtaliya ictimaiyyətinə təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR