Bank Of Baku

Romada azərbaycanlı dirijor Əyyub Quliyevin müşayiəti ilə Arturo Toskanini Filarmoniya Orkestrinin konserti keçirilib - FOTO

Romada azərbaycanlı dirijor Əyyub Quliyevin müşayiəti ilə Arturo Toskanini Filarmoniya Orkestrinin konserti keçirilib - <font color=red>FOTO</font>
# 16 aprel 2011 16:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Aprelin 14-də İtaliyanın paytaxtı Roma şəhərinin “Olimpiko” teatrında azərbaycanlı dirijor Əyyub Quliyevin müşayiəti ilə Arturo Toskanini Filarmoniya Orkestrinin konserti keçirilib. Bu barədə APA-ya Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Romada keçirilən ilk konsertə eyni zamanda Azərbaycanın İtaliyadakı səfirliyi dəstək verib. Konsertin açılış mərasimində çıxış edən Roma Filarmoniya Akademiyasının direktoru Sandro Kappelletto Əyyub Quliyevin gənc və istedadlı maestro kimi Azərbaycan və onun hüdudlarında əldə etdiyi uğurlardan söhbət açıb. Mərasimdə həmçinin Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edərək, gənc dirijor Əyyub Quliyevin sənətinə verilən yüksək qiymətə görə İtaliya ictimaiyyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Ə.Quliyevin adı sabiq prezident Heydər Əliyevin 23 avqust 1998-ci ildəki sərəncamı ilə Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na yazılıb. O, ötən ilin 5-16 oktyabr tarixlərində Parmada keçirilən dirijorların beynəlxalq Arturo Toskanini müsabiqəsində qalib gələrək, münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin Cüseppe Sinopolinin adını daşıyan birinci mükafatına layiq görülüb. 20 ildən bəri heç kimin qazana bilmədiyi mükafatı əldə etməklə Əyyub Quliyev Arturo Toskanini Filarmonik Orkestrinin bu il İtaliyanın Roma, Bolonya və Parma şəhərlərində, eləcə də İspaniyanın Madrid şəhərində keçiriləcək konsertlərində dirijorluq etmək hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR