Bank Of Baku

Azərbaycan və Almaniya müştərək tamaşa hazırlayıb

Azərbaycan və Almaniya müştərək tamaşa hazırlayıb
# 18 aprel 2011 08:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Arxamca qaç ki, mən səni tutum” tamaşası nümayiş etdiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa Mədəniyyət və Turizm Nazirliyi, Alman-Azərbaycan Cəmiyyəti və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında reallaşacaq. Tamaşada Konstans Baruşke, Yorq Herveq də daxil olmaqla Almaniyanın Rozenhaum şəhərinin teatr truppası aktyorları iştirak edəcək. Tamaşanın koordinatoru Peter Ştihanerdir.

Nümayiş etdiriləcək tamaşa iki ölkə arasında teatr təcrübəsinin mübadiləsi zəminində uğurlu addım hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR