Bank Of Baku

Azərbaycanın istehsalı olan “İlahi məxluq” filminin təqdimatı olacaq

Azərbaycanın istehsalı olan “İlahi məxluq” filminin təqdimatı olacaq
# 18 aprel 2011 14:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bizim kino” Prodüser Mərkəzi və “Yaddaş” sənədli filmlər studiyasının istehsal etdikləri rejissor Yavər Rzayevin “İlahi məxluq” bədii filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, filmin baş rollarında Nurəddin Mehdixanlı, Vəfa Zeynalova, Münəvvər Əliyeva və Corc Qafarov iştirak ediblər. Digər rolları Rəşad Səfərov, Mehriban Zəliyeva, Aysun Əsgərova, Leyla Məmmədova, Rəşad Məmmədov, Kəmalə Zəkiyeva, Qədir Abbasov canlandırıblar. Filmin ssenari müəllifi və rejissoru Yavər Rzayev , quruluşçu operator Rəsul Tənhayi, quruluşçu rəssam Rafiq Nəsirov, bəstəkarı Siyavuş Kərimidir.

Filmin təqdimatı aprelin 19-da “Azərbaycan” kinoteatrında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR