Bank Of Baku

Polşada UNESCO-nun dəstəyi ilə XI Mədəniyyət və poeziya festivalı keçirilib – FOTO

Polşada UNESCO-nun dəstəyi ilə XI Mədəniyyət və poeziya festivalı keçirilib – <font color=red>FOTO </font>
# 18 aprel 2011 14:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 11-dən 17-dək UNESCO-nun dəstəyi ilə Polşanın paytaxtı Varşavada XI Mədəniyyət və poeziya festivalı keçirilib. Festivalda Azərbaycanı Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva, aşıq Sevil Xıdırova və şair Elçin İsgəndərzadə təmsil edib. Festivalda Gülüstan Əliyevaya BMT-nin təsis etdiyi “İncəsənətdə xidmətinə görə” nominasiyasında qızıl medal təqdim olunub. APA-nın məlumatına görə, mükafatları mətbuat nümayəndələrinə təqdim etmək üçün festival iştirakçıları bu gün tədbir keçirib. G. Əliyeva qeyd edib ki, bu festivala dünyanın 20-dən çox ölkəsindən sənətçilər qatılıb. Ancaq Azərbaycan bu festivalın fəxri qonağı olub. Azərbaycan sənətçiləri 6 gün ərzində Varşava və ona yaxın şəhərlərdə konsert proqramı ilə çıxış ediblər: “Bütün konsertləri “Azərbaycan” mahnısı ilə başlamışıq. Çıxışlarımız çox böyük maraqla qarşılandı. Onu da qeyd edim ki, festivalda Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə iştirak etdik. Hətta festivalın sonuncu günü səfir Həsən Həsənovun iştirakı ilə konfransda təşkil edilmişdi”.
Festivalın ən yüksək mükafatı olan “Kəhrəba” ödülünə layiq görülən Elçin İsgəndərzadə də bildirib ki, festival çərçivəsində “Mənim taleyimin ulduzu” kitabının Aleksandr Nabrodski tərəfindən polyak dilinə tərcümə olunmuş versiyasının da təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR