Bank Of Baku

Opera və Balet Teatrında “Əsli və Kərəm” operası səhnələşdirilir

Opera və Balet Teatrında “Əsli və Kərəm” operası səhnələşdirilir
# 18 aprel 2011 15:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası səhnələşdirilir. Azərbaycanın əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Hafiz Quliyevin quruluşunda hazırlanan “Əsli və Kərəm” operasında Əsli rolunda əməkdar artist Gülüstan Əliyeva çıxış edəcək. Bu barədə APA-ya G. Əliyeva məlumat verib. Hazırda məşqlərin getdiyini bildirən əməkdar artist, Kərəm obrazında xalq artisti Mənsum İbrahimovun, xanəndələr Səbuhi İbayev və İlkin Əhmədovun hazırlaşdıqlarını deyib. ifaçı qeyd edib ki, tamaşanın nə zaman nümayiş olunacağı hələ məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR