Bank Of Baku

Lənkəranda ümumrespublika teatr festivalı keçiriləcək

Lənkəranda ümumrespublika teatr festivalı keçiriləcək
# 19 aprel 2011 07:17 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu il iyun ayının 21-dən 27-ə kimi Lənkəran şəhərində “Yeni nəsil” Ümumrespublika teatr festivalı keçiriləcək. Bu barədə APA-nın Cənub bürosuna Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənov məlumat verib. Onun sözlərinə görə, ölkənin ən nüfuzlu sənət ocaqlarının qatılacağı bu sənət yarışmasında Lənkəran teatrı iki tamaşa ilə çıxış edəcək. Teatrın cari yaradıcılıq planlarından söz açan direktor hazırda kollektivin paralel olaraq üç əsər – Mirzə Fətəli Axundovun “Sərgüzəşti vəziri-xani Lənkəran”, Kamran Nəzirlinin “Şeytan işığı” və Maarif Məmmədovun “Sovqat” pyesi üzərində işlədiyini diqqətə çatdırıb: ”Bu tamaşalardan əlavə, Moskvadan və Kiyevdən dəvət olunan rejissorların quruluşunda Molyerin “Zorən təbib” və Karpenko-Karonun“ “Bəxti gətirməyənlər” əsərləri də teatrımızda səhnələşdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR